Əfran İsmayılov "Kəpəz"in rəhbəri ilə danışıb - AÇIQLAMA

20.01.2023 20:30 709
Premyer-liqa / Manşet
Rauf Əliyev, Elvin Yunuszadə və Əfran İsmayılov mövsümün sonuna kimi "Kəpəz"də qalaraq əvəzedici komandada çıxış edəcək.

"Kəpəz-2" təlim-məşq toplanışına start versə də, təcrübəlilərdən Raufla Elvin komandaya qoşulub. Əfran isə hələ də Xaliq Mərdanovun sərəncamında deyil. "Football-plus.az" saytı olaraq bu gün onunla əlaqə saxladıq:

"Hazırda həm imtahanları vermək, həm də sağalmaqla məşğulam. Üstünüzə sağlıq bir az xəstələnmişəm. Qripə yoluxmuş və soyuqlamışam. Fevralın 3-də imtahanlarım yekunlaşacaq. O vaxta kimi, inşallah, sağalacam və ayın 6-dək "Kəpəz-2"nin toplanışa qatılacam. Xaliq müəllimlə danışmışam".

Əfran məşqçilik kursuna qatılacağını da söylədi:

"Sağlıq olsun, alınsa, B kateqoriyalı məşqçilik kursuna da yazılacam. C-ni oxumuşam. İlqar Nadiri ilə danışmışam. Alınsa, həm kursda oxuyacam, həm əvəzedicilərdə məşq edib oyunlara çıxacam, həm də "Kəpəz"in uşaq komandalarının birində məşqçiliyə başlayacam".

ABDULLA İSMAYILOĞLU