Fanatlar Holannı seçdilər

13.06.2023 19:16 186
Dünya futbolu
“Mançester Siti”də son mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Sorğunun nəticəsi heç kimi təəccübləndirməyib.


"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun saytında azarkeşlər arasında keçirilən səsvermədə Erlinq Holann 1-ci yeri tutub. Norveçli hücumçu 2022/2023 mövsümündə klubu ilə bütün turnirlərdə 52 qol vurub. O, İngiltərə premier-liqasının və Çempionlar Liqasının bombardiri olub.

Səsvermədə 2-ci və 3-cü yerləri daha əvvəl 4 il ardıcıl ən yaxşı futbolçu seçilən Kevin de Bruyne ilə Natan Ake tutub.