İFJA Holannı seçdi

15.05.2023 17:04 268
Dünya futbolu
İngiltərə Futbol Jurnalistləri Assosiasiyası (İFJA) mövsümün ən yaxşı oyunçusunu müəyyənləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi çoxları üçün sürpriz olmayıb.

Jurnalistlər arasında keçirilən sorğuda Erlinq Holann 1-ci yeri tutub. “Mançester Siti”nin hücumçusu bu mövsüm 32 oyunda vurduğu 35 qolla premyer-liqanın yeni rekordunu müəyyənləşdirib.

Yeri gəlmişkən, Holann daha bir fərdi mükafata layiq görülüb. O, premyer-liqada aprelin ən yaxşı oyunçusu seçilib. Norveçli ötən ay İngiltərə çempionatında meydana çıxdığı 4 oyunda 6 qol vurmuş və 2 məhsuldar ötürmə vermişdi.