Rahil yeni müqavilə bağladı, Qara da qalır, “Qarabağ” hələ də Maksimlə anlaşmayıb

12.06.2023 13:41 354
Aktual / Ölkə futbolu
2022/23 mövsümünün qalibi “Qarabağ”da istirahət günləri davam edir. Lakin “köhlən atlar”ın rəhbərliyi qarşıdakı “futbol ili”nə hazırlığı davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Jhonder Kadiz transferində hansısa yenilik yoxdu.

Ağdam təmsilçisi yeni futbolçuların axtarışını da sürətləndirib. Son çempion əsasən azad agent və maaşı 200-300 min dollar civarında olan oyunçular arasından seçim edəcək.

Heyətin qorunması yönündə də işlər davam edir. Filip Ozobiçlə Ramil Şeydayevin ayrılmasından sonra digər futbolçularla danışıqlar sürətləndirilib. Qara Qarayev komandada qalacaq. Onun Ağdam təmsilçisi ilə birillik müqaviləsi var.

Bundan əlavə, Rahil Məmmədovla yeni 2 illik müqavilə bağlanacaq. Maksim Medvedevlə bağlı məsələ isə hələ ki həllini tapmayıb.

İLKİN SULTANLI