"Qarabağ" onlarla yolları ayırdı

31.05.2023 11:11 347
Premyer-liqa
"Qarabağ" Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi adıçəkilən futbolçularla müqavilə müddətini artırmayıb və onlara təşəkkür edilib.

Filip Ozobiç 2018-ci ildə "Qəbələ"dən "Qarabağ"a keçmişdisə, Şeydayevin Ağdam klubuna ikinci gəlişi 2021-ci ildə baş tutmuşdu.