"Xəzər Lənkəran 42" AFFA-dan 2 qərar gözləyir - AÇIQLAMA

10.06.2023 18:24 881
Aktual / Əvəzedicilər
Ölkə futbolunun gündəmdə olan məsələlərdən biri də 1-ci diviziona əlavə 4 komandanın qoşulacağıdı. Yeni yaradılacaq 2-ci divizionun tərkibi də maraq doğurur. Bu boşluqları Region Liqası təmsilçiləri doldurmalıdı.

"Football-plus.az" saytı olaraq mövzu ilə bağlı "Xəzər Lənkəran 42"nin təsisçisi və direktoru Höccət Hacıyevlə danışdıq:

"1-ci divizionda çıxış etmək üçün tələb olunan sənədləri göndərmişik. Həm idman prinsipləri, həm stadion, həm də digər meyarlar baxımından 1-ci divizionda çıxış etməyi haqq edirik. Amma aidiyyatı qurumların qərarının necə olacağını biımirik. Gözləyirik. 1-ci divizonda çıxışımıza icazə verilməsə, Region Liqasında iştirak etməkdənsə, 2-ci divizonda oynamağı üstün tutacağıq. Amma əsas hədəfimiz 1-ci diviziondu".


Höccət bəy 2-ci pley-off qarşılaşmasında hakim ədalətsizliyi ilə bağlı şikayətlərinə də toxundu:

"Marxal" ilə matçda hakimin bizə qarşı qərəzini hamı gördü. Bu barədə kifayət qədər videogörüntü var. Onları da AFFA-ya təqdim etmişik. Amma hələ ki şikayətimizlə baxılması, hakimlərə cəzanın verilməsi ilə bağll məlumat verilməyib".


ABDULLA İSMAYILOĞLU