"Football-plus.az" olaraq, bununla bağlı Region Liqasında mübarizə aparan “Xəzər Lənkəran 42”nin idman direktoru Höccət Hacıyevin fikirlərini öyrəndik:
"AFFA-nın son qərarlarını "Xəzər Lənkəran" camiəsi və futbolsevərlər adından dəstəkləyirik. Əvəzedicilərlə divizion təmsilçilərinin fərqli çempionatlarda oynaması da futbolumuzu inkişafa aparacaq. Diviziona isə bazası, stadionu olan bölgə klublarının gətirilməsini istərdik. Bundan yalnız ölkə futbolu qazanacaq".






