"Bizim üçün çətin oyun olacaq, amma qorxmuruq" - Lautaro Martines

10.06.2023 13:30 218
Manşet / Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 2022/2023 mövsümünün final oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gələcəklər.

“İnter”in forvardı Lautaro Martinesin matç haqda fikirlərini təqdim edirik:

“Şübhəsiz, “Siti” dünyanın ən güclü klublarından biridi. Onların sərgilədiyi futbola böyük simpatiyam var. Bizim üçün çətin oyun olacaq. Amma qorxmuruq. Çünki bu mövsüm həm qrup mərhələsində, həm də pley-offda kifayət qədər çətin rəqiblərlə qarşılaşmışıq. Amma işimizin öhdəsindən gəlməyi bacarmışıq. Həyəcanı boğmalı və finaldan zövq almalıyıq. Çünki ÇL-in finalında hər gün oynamırıq. Hər birimizin arzusu çin olub. Ona görə də həlledici görüşdə də lazımi performans sərgiləməliyik. Ümid edirəm ki, güclü olan qalib gələcək və sonda kuboku biz qaldıracağıq”.