• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Okan Buruk “Qalatasaray”la müqaviləni yenilədi, İkardidən isə xoş xəbər yoxdu

Dünya futbolu

9-06-2023, 11:0

Türkiyənin son çempionu “Qalatasaray”la bağlı xəbərlər var. Öncə qeyd edək ki, Okan Burukun gələcək taleyinə tam aydınlıq gəldi.

"Football-plus.az" xəbər verir ki, onun klubda ən azı bir il də qalacağı rəsmi təsdiqini tapdı. Belə uğurlu və rekordlarla zəngin olan mövsümdən sonra İstanbul nəhənginin onunla yollarını ayırması qəribə olardı.

Bu məsələni aktuallaşdıran o idi ki, Okan Buruk ötən yay “sarı-qırmızılar”la “1+1” illik müqavilə imzalamışdı. Düzdü, tərəflər yeni anlaşma ilə bağlı problemin olmadığını söyləyirdilər. Amma dünənə qədər Burukla yeni müqavilə imzalanmamışdı. Dünən isə rəhbərlik onu klubun bazasına dəvət etdi. Burda gələn mövsümlə bağlı planlar cızıldı və ən əsası müqavilədəki şərti maddə qüvvəyə mindi. “Qalatasaray” artıq Türkiyə Futbol Federasiyasını da bundan xəbərdar edib. 49 yaşlı mütəxəssisin məvacibinə gəlincə, onun illik qazancı 20 milyon lirədən 30 milyon lirəyə qaldırılıb. Bu da indiki pulla təxminən 1,2 milyon avro deməkdi. Maraqlıdı ki, maaş artımına baxmayaraq Buruk hələ də iddialılar arasında ən az qazanan məşqçidi! Müqayisə üçün deyək ki, “Fənərbaxça”da Jorje Jezuş illik 3 milyon avro, “Adana Dəmirspor”da Vinçentso Montella 2 milyon avro, “Trabzonspor”da Nenad Byelitsa 1,6 milyon avro, “Beşiktaş”da Şenol Günəş 1,5 milyon avro qazanır. Amma Okan Burukun “Qalatasaray” sevgisi pulla ölçülmür. Əvvəlki açıqlamalarında dəfələrlə ən böyük arzusunun “Cim-Bom”u çalışdırmaq olduğunu gizlətməyən bu mütəxəssis bu mövsüm hətta 20 milyon lirə, yəni 800 min avro qazanarkən də bu pulun bir hissəsini “altyapı”ya bağışlamışdı.

Okan Burukdan fərqli “Qalatasaray”ın son çempionluğunda baş rollardan birini oynayan digər isimdən – Mauro İkardidən hələ ki şad xəbər yoxdu. Bilindiyi kimi, ünlü argentinalı forvard müqavilə ilə PSJ-yə məxsusdu və faktiki mövsüm başa çatan kimi Parisə qayıtmalı olacaq. Neçə müddətdi “Qalatasaray” rəsmilərinin PSJ rəhbərliyi ilə danışıqlar aparması barədə xəbərlər dolaşsa da, hələ ki ortada bir şey yoxdu.

Görünür, parislilərin tələb etdiyi məbləğ İstanbul nəhənginin “cibinə görə” deyil. Ötən sayımızda vurğuladığımız kimi, komandanın başı təzminatlar üzündən dərddədi. Bir müddət öncə İkardinin meneceri və həyat yoldaşı Vanda Nara sosial şəbəkədə fanatlara təşəkkür etmişdi. Onun sözləri vida mesajı kimi qiymətləndirilmişdi. İkardinin bu mövsümdəki mükəmməl performansı bir tərəfdən “Qalatasaray”a çempionluq qazandırdısa, digər tərəfdən Avropa klublarının ona marağını da artırdı.

“Atletiko” ilə yanaşı, indi də Joze Mourinyonun “Roma”sı 30 yaşlı futbolçuya “elçi düşüb”. “Canavarlar”da Teemu Abraham ağır zədə alaraq uzun müddətə sıradan çıxıb. Andrea Belottinin isə məhsuldarlığı aşağıdı. Mourinyonun fikrincə, İtaliya futbolunu gözəl tanıyan İkardi belə məqamda “Roma” üçün ideal transferdi. İtaliya mənbələrinin yazdığına görə, “Roma” artıq PSJ-yə 8 milyon avroluq rəsmi təklif irəli sürüb. Klubun sahibi Tomas Fridkin özü şəxsən yaxşı münasibətlərdə olduğu Nasser Əl-Xelayfi ilə əlaqə saxlayaraq İkardini transfer etmək istədiklərini bildirib. Ona görə də artıq bütün diqqətlər “Qalatasaray” başqanı Dursun Özbəkin sağ əli sayılan Ərdən Timura yönəlib. İkardinin Türkiyəyə gəlməsində böyük rol oynayan bu yönətici fanatların sevimlisini klubda saxlaya bilmək üçün xeyli əziyyət çəkməli olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-04-2023, 11:0

“Qalatasaray”dan Okan Buruka yeni təklif

Dünya futbolu

18-01-2023, 15:0

Okan Buruk rekordçular sırasında

Dünya futbolu

22-06-2022, 20:0

Okan Burukun köməkçiləri bəllidi

Dünya futbolu

22-01-2023, 10:0

Okan Buruk indidən adını ''Qalatasaray'' tarixinə yazdırdı

Dünya futbolu

25-01-2023, 13:0

Okan Burukdan unikal göstərici

Dünya futbolu

1-02-2023, 21:0

Okan Buruk rekordlara doymur

Aktual
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
Son xəbərlər
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
Daha çox
Oxunub: 297
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 246
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 216
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə