• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Vitali Borisov Rusiya və Braziliya çempionatından seçim edir" - MÜSAHİBƏ

Manşet / Müsahibə

9-06-2023, 10:0

Futzal üzrə 17 qat ölkə çempionu “Araz-Naxçıvan” Çempionlar Liqasının və növbəti mövsümün hazırlığına start verib. Klubun artıq bir neçə legionerlə müqavilə müddətini uzatdığını xəbər vermişdik. Üç gün öncə isə baş məşqçi dəyişikliyi baş verdi. Joze Alesio da Silva millinin və “Araz-Naxçıvan”ın heyətində çıxış etmiş Vitali Borisovla əvəzləndi.

"Football-plus.az" olaraq Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqovla söhbətdə yeni baş məşqçi ilə bağlı planları və bizi maraqlandıran başqa mövzuları müzakirə etdik.

- Klubda baş məşqçi dəyişikliyi baş tutdu. Lakin federasiyasının saytında Joze Alesio üçün təşəkkür mahiyyətli mesaj görmədik. Bəlkə sabiq baş məşqçi ilə anlaşılmazlıq var idi?
- Bilirsiz ki, Alesio həm də futzal millimizin baş məşqçisidi. Əsas yığma onunla yollarını ayıranda, yəqin ki, federasiya tərəfindən dediyiniz addım atılar. Mən “Araz-Naxçıvan”ın adından ona təşəkkür məktubu yollamışam. Komanda onun rəhbərliyi altında təqdirəlayiq uğurlara imza atıb. Əməyini qiymətləndirməmək yanlış olardı. Braziliyalı mütəxəssis də cavab məktubu göndərərək minnətdarlığını bildirib və bizə bundan sonra uğurlar arzulayıb. Biz tam mehriban şəraitdə sağollaşmışıq.

- Vitali Borisovun həm də əsas yığmanın baş məqşçi postuna təyinat alacağı deyilir...
- Bu ehtimallardan biridi. Lakin dəqiq deyil. Təklif kimi AFFA İcraiyyə Komitəsinə təqdim etmək ehtimalı var. Qərarı onlar verəcək. Borisovu uzun müddətdi tanıyırıq. Komandamıza və futzalımıza faydalı adamdı. Məşqçi kimi də bir neçə komandada çalışıb. İstəyərəm ki, millimiz ona tapşırılsın. Amma mənim elə səlahiyyətim yoxdu.

- Çempionlar Liqası yaxınlaşır. Qarşıda sizi ağır sınaq gözləyir. Heyətdə dəyişikliklərin olacağını demişdiz. Yenilik var?
- Bu haqda Vitali Borisovla söhbət etmişik. Onun tam sərbəstliyi var. İstədiyi futzalçını transfer etməyə hazırıq. Arzuladığı istənilən şəraiti yaratmağa çalışacağıq. Rusiya və Braziliya başda olmaqla bir çox ölkələrin çempionatlarını izləyir. Yaxın günlərdə qərarlarını və planlarını dəqiqləşdirib bizə məlumat verəcək. Onun seçiminə güvənirik. Bundan başqa, azərbaycanlı futzalçılarla da danışıqlar davam edir. Çempionlar Liqasında qarşılaşacağımız rəqiblər bəlli olandan sonra müvafiq addımlar atacağıq.

- Yerli futzalçı demişkən, Rövşən Hüseynlini “Araz-Naxçıvan”ın heyətində görmək istəyirdiz. Millinin qolkiperi təklifinizi necə dəyərləndirdi?
- Onunla görüşüb müqavilənin bütün detallarını, hədəflərimizi və şərtləri müzakirə etdik. Təklifimi qəbul etmədi. Böyük ehtimalla karyerasına Qazaxıstan “Atırau”sunda davam edəcək. Ona qərarını hörmətlə qarşıladığımı deyib uğurlar arzuladım.

- Yəqin ki, komanda istirahət edir. Məşqlər nə vaxt başlayacaq? Hazırlıq mərhələsində planlar nədən ibarətdi?
- İyunun 15-də yüngül məşqlərə start veriləcək. 20-30-u aralığında isə təlim-məşq toplanışları təşkil olunacaq. Qonşu ölkələrin klubları ilə yoldaşlıq görüşlərinin keçirilməsi istiqamətində danışıqlara başlamışıq. Hələ ki anlaşdığımız komanda yoxdu. Bəzi klublar tezliklə yekun qərarını açıqlayacaq. Ya biz səfər oyununa gedəcəyik, ya da onlar gələcək.

- Vitali Borisovun qarşısına hansı vəzifələr qoyulub?
- Ancaq daxili yarışlarda qazanılan uğurlarla kifayətlənmək istəmirik. Xüsusilə Çempionlar Liqasında yaxşı nəticə ilə Avropadakı nüfuzumuzu bərpa etmək niyyətindəyik. Bir-iki mövsüm üçün yox, dayanıqlı komanda formalaşdırıb beynəlxalq arenada gücümüzü ortaya qoymaq istəyirik.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual

8-06-2023, 10:0

“Araz-Naxçıvan”ın üzvü: “Alesionun getməsinə pis oldum”

Manşet

5-06-2023, 10:0

“Araz-Naxçıvan”ın baş məşqçisi dəyişib

Aktual

8-06-2023, 10:0

Emin Kürdov: “Artıq nəsə deməyə ehtiyac yoxdu”

Ölkə futbolu / Manşet

30-10-2022, 09:0

Alesio istefaya göndəriləcək? - AÇIQLAMA

Aktual

7-06-2023, 14:0

Xətai Bağırov: “Onun haqda qısaca “pis məşqçi deyildi” deyərdim”

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 127
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 123
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə