Alesio istefaya göndəriləcək? - AÇIQLAMA

30.10.2022 09:10 370
Ölkə futbolu / Manşet
Futzal üzrə Çempionlar Liqasında ölkəmizi təmsil edən "Araz-Naxçıvan" ardıcıl ikinci oyunda fiaskoya uğradı.

Uğursuz çıxışla diqqət çəkən komandanın baş məşqçisi Joze Alesio da Silva istefaya göndəriləcəkmi? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün klubun vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq:

"Joze Alesio ilə bağlı hələ ki heç bir qərar yoxdu. Hazırda növbəti oyuna hazırlaşırıq. Hamılıqla oyuna köklənmişik. Son qarşılaşmanı başa vurandan sonra iclas keçiriləcək və çıxışımızla bağlı təhlillər aparılandan sonra baş məşqçiylə bağlı yekun qərar veriləcək".


ABDULLA İSMAYILOĞLU