Futzalımızın flaqmanı "Araz-Naxçıvan" baş məşqçi Joze Alesio ilə yolları ayırıb. Onun postuna isə klubun və yığmanın sabiq üzvü Vitali Borisov gətirilib.
"Football-plus.az" olaraq bu dəyişikliklə bağlı "Araz-Naxçıvan"ın üzvü Emin Kürdovun fikrini öyrəndik:
"Vitali Borisovu ölkə futzalında hamı tanıyır. Artıq nəsə deməyə ehtiyac yoxdu. Onun "Araz-Naxçıvan"a təyinatını eşidəndən sonra zəng edib uğurlar arzuladım. Yerli məşqçiyə üstünlük verilməsini düzgün qərar sayıram. Qarşıda həm yeni məşqçimizi, həm də bizi çətin yol gözləyir. Komandadan gedənlər və qalanlar bəlli olacaq. Həmçinin Çempionlar Liqasında çıxış üçün heyət formalaşmalıdı, yeni transfer gözlənilir. Nə qədər çətin olsa da, Vitali Borisovun bunun öhdəsindən gələcəyini düşünürəm".
ABDULLA İSMAYILOĞLU