Futzalımızın flaqmanı "Araz-Naxçıvan" baş məşqçi Joze Alesio ilə yolları ayırıb. Onun postuna isə klubun və yığmanın sabiq üzvü Vitali Borisov gətirilib.
"Football-plus.az" xəbər verir ki, bu dəyişikliklə bağlı "Araz-Naxçıvan"ın üzvü Fərid Ələkbərovun fikrini öyrəndik:
"Açığı, Alesionun getməsinə pis oldum. Amma futzalda daimi nəsə olnur. Braziliyalı mütəxəssisi Vitali Borisovun əvəzləməsinə də sevinirəm. O, futzalımızın əfsanəsidi. İndidən nəticələrin necə olacağı haqda nəsə demək tezdi. Amma inşallah, uğura doğru gedəcəyimizə inanıram".
ABDULLA İSMAYILOĞLU