İşini vaxtından əvvəl tərk etməli oldu

15.05.2022 15:00 384
Dünya futbolu
Adi Hütterin Münhenqladbax “Borussiya”sı ilə əməkdaşlığı bir il çəkib.

Rəhbərlik baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Avstriyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulub. Qeyd edək ki, Hütter Münhenqladbax klubu ilə ötən il 3 illik müqavilə bağlamışdı.

Komanda bundesliqanı 10-cu yerdə başa vurub. “Borussiya” 2020/21 mövsümündə 8-ci yeri tutmuşdu.