Mövsümün ilk yarısını Təbriz “Traktor”unda keçirən, millinin də şərəfini qoruyan Höccət Haqverdinin adı son günlər “Neftçi” ilə yanaşı hallanır.
Mətbuatda yazılanlara görə, paytaxt təmsilçisi keçid bağlı həm Təbriz təmsilçisi, həm də müdafiəçi ilə artıq ortaq məxrəcə gəlib.
Bu yerdə onu bildirək ki, Höccət “Traktor”un yox, “Sumqayıt”ın futbolçusudu. Təbriz klubunda isə icarə əsasında çıxış edib. Dekabrda isə Höccətin “qurdlar”la icarə müqaviləsinin müddəti artıq başa çatıb. Onun karyerasını harda davam etdirəcəyi isə hələ qeyri-müəyyəndi. “Sumqayıt”a yaxın mənbədən əldə etdiyimiz bilgiyə əsasən müdafdiəçi “Sumqayıt”a qayıda, “Traktor”da da qala bilər. Sərfəli təklif gələcəyi halda “kimyaçılar”ın rəhbərliyi onu başqa kluba sata biləcəyi də istisna olunmur.
RƏŞAD