“Nant” – “Qarabağ” oyununa ən ucuz bilet 36 avrodu

1.10.2022 17:39 529
Avropa Liqası
"Nant" Fransada "Qarabağ"a qarşı keçirəcəyi Avropa Liqasının G qrupunun 5-ci turunun oyunu üçün biletləri satışa çıxarıb

Football-plus.az xəbər verir ki, Liqa 1 təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, ən ucuz biletin qiyməti 36, ən bahanın qiyməti isə 75 avrodu. Oktyabrın 27-də "Stad de la Bojuar" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Komandalar arasında Bakıda keçirilən oyunda "köhlən atlar" 3:0 hesablı qələbəyə sevinmişdi.