ÇL-in finalına ən ucuz bilet neçəyədi?

22.04.2023 13:29 347
Maraqlı / Çempionlar Liqası
Milli çempionatlarda olduğu kimi avrokuboklarda da mövsüm başa çatmaq üzrədi. Artıq bütün turnirlərdə yarımfinalçılar bəllidi.

"Football-plus.az" xəbər verir ki, həm Çempionlar Liqası, həm Avropa Liqası, həm də Konfrans Liqasında final matçlarının biletləri satışa çıxarılıb və qiymətlər bəlli olub.

KL-də final iyunun 7-si Çexiyanın paytaxtı Praqada keçiriləcək. Həmin oyun üçün biletlərin qiyməti 25-125 avrodu. AL-də final mayın 31-də Macarıstanın paytaxtı Budapeştdə yerləşən 67125 azarkeş tutumuna malik ''Puşkaş Arena''da baş tutacaq. Bu oyunun biletlərinin qiyməti 40-150 avro aralığındadı.

ÇL-in finalına isə bilindiyi kimi bu mövsüm qardaş Türkiyə ev sahibliyi edəcək. Həlledici qarşılaşma iyunun 10-da 74753 azarkeş tutumuna malik ''Atatürk Olimpiya''da oynanılacaq. Finala çıxan hər komandaya 20 min bilet ayrılacaq. Qalan biletlər bütün dünyadakı futbolsevərlər tərəfindən alına biləcək.

Qeyd edək ki, UEFA-nın saytında satışa çıxarılan biletlərdən ən ucuzunun qiyməti 70 avro, ən bahalısının qiyməti isə 690 avrodu.