"Mayami" rəhbərliyindən etiraz

21.12.2022 17:11 289
İdman
“Mayami” rəhbərliyi “San-Antonio” ilə srağagünkü oyun ərəfəsində 17 oyunçunun hamısının adını zədəlilər siyahısına salıb.

Football-plus.az xəbər verir ki, klub “Oklahoma-Siti” ilə oyundan əvvəl bəzi oyunçularının statusunu düzgün yazmadığına görə 25 min dollar cərimələnməsinə belə reaksiya verib.

31 oyunun 16-da qələbə qazanan “Mayami” Şərq konfransının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.