İquayn karyerasını bitirir

3.10.2022 21:20 359
Dünya futbolu
"İnter Mayami"nin hücumçusu Qonzalo İquain karyerasını bitirəcək.

Məşhur futbolçu MLS-də bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb .İquain karyerası ərzində "İnter Mayami"dən əvvəl "River Pleyt", "Real", "Napoli", "Yuventus", "Milan", "Çelsi"də oynayıb. O, 75 matçda 31 qolla Argentina millisinin tarixində ən yaxşı 5-ci bombardirdi.