"Qarabağ"ın daha 4 futbolçusu milliyə çağırılıb.
"Football-plus.az" xəbər verir ki, Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinin AÇ-2024-ün seçmə mərhələsində iyunun 17-də Macarıstan ilə, iyunun 20-də isə Çex Respublikası ilə yoldaşlıq oyununa dəvət alıblar.
Luka Quqeşaşvili AÇ-2024-ün seçmə mərhələsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə qarşılaşmalar üçün Gürcüstan millisinə dəvət edilib.
Leandro Andrade isə iyunun 12-də Mərakeş, 18-də isə Burkina Faso ilə oyunlar üçün Kabo-Verde millisinə çağırılıb.