"Qarabağ"ın iki legioneri milliyə dəvət aldı

19.09.2022 14:04 390
Dünya futbolu
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə çağırılıb.

"Football-plus.az" xəbər verir ki, Marko Veşoviçlə Marko Yankoviç Millətlər Liqasında Bosniya və Herseqovina (23 iyun) və Finlandiya (26 iyun) yığmalarına qarşı matçlar üçün heyətə cəlb olunub.

B liqasının 3-cü qrupunda yer alan Monteneqro 4 matçdan sonra 7 xalla ikincidi.