"Qarabağ"ın legioneri Millətlər Liqasının oyunlarına çağırılıb

16.05.2022 21:15 562
Dünya futbolu
"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, 31 yaşlı müdafiəçi Rumıniya, Finlandiya və Bosniya və Herseqovinaya qarşı UEFA Millətlər Liqasının qrup oyunları üçün yığmaya cəlb olunub.

Qeyd edək ki, Monteneqro seçməsi iyunun 4-də Rumıniyanı qəbul edəcək. İyunun 7-də Finlandiyanın qonağı olacaq komanda 4 gün sonra Podqoritsada Bosniya və Herseqovinanı sınağa çəkəcək.