"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri Gürcüstan millisinə dəvət aldılar

17.03.2023 12:06 233
Ölkə futbolu
"Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili, "Sabah"ın hücumçusu Davit Volkov və "Neftçi"nin müdafiəçisi Solomon Kverkveliya Gürcüstan millisinə dəvət alıblar.

"Football-plus.az" xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yığmanın baş məşqçisi Villi Sanyol Monqolustana qarşı yoldaşlıq, Norveçlə isə AVRO-2024-ün seçmə mərhələ oyunlarına Misli premyer-liqasında çıxış edən legionerləri də çağırıb.

Qarşılaşmalar müvafiq olaraq martın 25-də və 28-də Batumidə olacaq.