Türkiyə klubu baş məşqçisini istefaya göndərdi

23.05.2022 20:12 421
Dünya futbolu
Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, "Hatayspor" Ömər Ərdoğanla yollarını ayırıb. Məlumatı Hatay təmsilçisinin rəsmi saytı yayıb. 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əasında xitam verilib.

Ömər Ərdoğan 2020-ci ilin yayından "Hatayspor"u çalışdırırdı. Komanda onun rəhbərliyi altında cari mövsümdə Super Liqanı 53 xalla 12-ci pillədə başa vurub.