21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv iyunun 3-də, Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun 7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya yığması ilə qarşılaşacaq.
Estoniya ilə oyun 20.00-da, Finlandiya yığması ilə qarşılaşma isə 17.00-da başlayacaq.