U-19 millimizin yoldaşlıq oyunlarının stadionu açıqlandı

17.03.2023 10:52 245
Yığma
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin martın 24-də və 27-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının məkanı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmalar "Dalğa Arena"da baş tutacaq.

Hər iki görüş saat 18.00-da start götürəcək.