• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şamaxıda heç kim istəyinə çatmadı - REPORTAJ

Premyer-liqa / Reportaj

24-05-2023, 15:0

Hər iki komandaya qələbə hava-su kimi lazım idi. Meydan sahibləri elitada qalmaq uğrunda mübarizə aparırsa, qonaqlar 4-cü yeri təmin etməklə Konfrans Liqasına vəsiqəni rəsmiləşdirmək istəyir. "Qırmızı-qaralar" səfərə ciddi itkilərlə gəlmişdi. Belə ki, kapitan Asif Məmmədovla Feras Abu Akal ötən turda zədələnərək mövsümü bitirmişdisə, Urfan Abbasovla İlkin Qırtımov cəza səbəbindən oyunu buraxırdı. Qarşılaşmanın startına 45 dəqiqə qalmış azarkeşlər stadiona axışmağa və doğma komandanı qələbəyə səsləməyə başladı. Qəbələdən də Nəriman Təbrizin başçılığı altında 50-yə yaxın fanat Şamaxıya gəlmişdi.

Hakimin start fitindən sonra hər iki komanda oyuna istəkli başlasa da, mübarizə bir müddət əsasən meydanın mərkəzində getdi. Qapıya ilk həmlə matçın 11-ci dəqiqəsində "Qəbələ"dən gəldi. İsnik ara ötürməsiylə Santosu “gördü”. Braziliyalı bir qədər irəliləyib zərbə vursa da, Rəşad ilk seyviylə azarkeşlərin alqışını qazandı. "Şirlər"in cavabı da özünü çox gözlətmədi. Fuaddan ötürmə alan Elvin qapını nişan aldı. Amma top cüzi fərqlə dirəyin yanından keçdi. Bir qədər sonra Santos cinahdan reydini qapı önünə asma ilə tamamladı. Maçado topu rahatlayıb, əlverişli mövqedən zərbə vursa da, “mərmi” qapının üstündən keçdi. "Şamaxı"dan Bahadurun cəhdi zamanı isə Atanqana yerində idi. Maçado növbəti dəfə fərqlənməyə çalışdı. Amma bu dəfə hədəfə də düşə bilmədi. Qonaqlarda Muradov – Maçado - Utziq “üçlüy”ünün ifasında təşkil olunan hücum zamanı sonuncunun sevinməsinə qapıçı imkan vermədi. İrəliləyən dəqiqələrdə Emil iki dəfə qapını yoxlasa da, bir zərbəsi qeyri-dəqiq alındı, ikincini qolkiper tutdu. Hissənin sonuna yaxın Məqsədin cərimə meydançasına ötürməsinə Santos yüksəlsə də, Rəşad yerindəydi. Beləliklə, çoxsaylı cəhdlərə rəğmən, komandalar fasiləyə qolsuz yollandı.

İkinci yarıya qonaqlar daha fəal qoşuldu. Əvvəlcə Allaşın zərbəsi hədəfə düşmədi. Bahadur reyd etdikdən sonra Fuada ötürmə verdi ki, "16” nömrənin zərbəsi uğursuz alındı. Maçadonun cərimə zərbəsindən fərqlənmək istəyi də baş tutmadı. Daha dəqiq desək, zərbə yumşaq alındı və qapıçı üçün topu tutmaq çətin olmadı. Utziqin ötürməsindən sonra Santosun zərbəsini də qapıçı zərərsizləşdirdi. 74-cü dəqiqədə isə Ülvi uzaq küncü nişan aldı. Əzizli növbəti dəfə seyv etməklə qola imkan vermədi. Bir qədər sonra Amil komandasını topu boş qapıdan çıxarmaqla xilas etdi. Bu dəqiqələrdə “Qəbələ” təzyiqi artırmışdı. Məqsədin qapı önünə asmasını Murad akrobatik zərbəylə tamamlasa da, qapıçı yerində idi. "Şamaxı" isə hər nə qədər çalışsa da, rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yarada bilmirdi.

Hakimin final fiti qolsuz bərabərliyi rəsmləşdirdi. "Şirlər" doğma publika önündə mövsümün son oyununu məğlubiyyətsiz başa vuraraq şansını son tura daşıdı. “Qəbələ” də əsas vəzifənin öhdəsindən doğma meydanda gəlməli olacaq.

Gözdən qaçmadı
* "Şamaxı"nın 70 yaşlı sadiq azarkeşi Davud Fətəliyev dövlət bayrağıyla stadiona gəlmişdi. O, tez-tez "Azərbaycan futbolunun ürəyi "Şamaxı"dı” şüarını səsləndirirdi.
* Oyunu izləyənlər atasında Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov da yer almışdı.
* Fuzal üzrə 1-ci liqanın qalibi "Şamaxı"nın üzvləri fəxri qonaq kimi oyuna dəvət olunmuşdu. Onlar fasilədə uğurlarını futbol komandasıyla bölüşüb azarkeşlərin alqışını qazandı.
* "Şamaxı"nın ev oyunlarında diktorluq edən Ceyhun Rzayev bölgəyə səfər etməmişdi. Ona görə də komandaların start heyətini və oyunun gedişindəki dəyişiklikləri klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov səsləndirirdi.
* Oyunun final fitindən sonra Rasim Ramaldanov 4-cü hakim Kamal Umudluyla mübahisə etdiyinə görə referi ona birbaşa qırmızı vərəqə göstərdi.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

14-03-2023, 15:0

“Neftçi” “Şamaxı” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Zirə” tovuzlulara məğlubiyyəti Şamaxıda unutdurdu - REPORTAJ

Premyer-liqa / Reportaj

17-05-2023, 14:0

“Qəbələ” inanılmaz şəkildə büdrədi - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Reportaj

15-05-2023, 13:0

“Zirə” avrokubok yolunda daha bir ağır zərbə aldı - REPORTAJ

Aktual
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 180
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə