• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” avrokubok yolunda daha bir ağır zərbə aldı - REPORTAJ

Premyer-liqa / Reportaj

15-05-2023, 13:0

Son turda səfərdə "Şamaxı"nı darmadağın edən "qartallar" bu qarşılaşmadan da qalib ayrılmaqla həm əsas rəqibi "Qəbələ"dən uzaqlaşmamağı, həm də avrokubok şansını qorumağı hədəfləyirdi.

Ardıcıl iki oyunda məğlub olan "Kəpəz" isə Zirə səfərində yaxşı oyun sərgiləməklə ən azı 1 xal qoparmağı qarşısına məqsəd qoymuşdu. Oyundan əvvəl "Kəpəz"in azarkeşləri ilə söhbətləşmək imkanımız oldu. Gəncəli fanatlar hamılıqla Tərlan Əhmədovun Mario Mustapiçə start heyətində yer verməsindən narazı olduqlarını söylədilər.

Hakimin start fitindən sonra meydan sahibləri oyuna daha fəal qoşuldu. Artıq 2-ci dəqiqədə Kulaçdan ötürmə alan Qismət qapını yoxlasa da, hədəfə düşə bilmədi. Oyun əsasən meydanın mərkəzində gedirdi. Hər iki komanda topu ələ keçirəndən sonra onu maksimum özündə saxlamağa çalışırdı. "Kəpəz"in rəqib qapısında ilk həmləsi Yusiflə gəlsə də, top qapıdan aralı keçdi. Qəsəbə təmsilçisi isə yüzfaizlik qol vəziyyətini 23-cü dəqiqədə yaratdı.

Rəhim Sadıxov Keytaya ötürmə versə, fransalının zərbəsindən sonra top dirəkdən qayıtdı. "Sarı-göylər"də isə Şuaybu Ayzayanı zərbə mövqeyinə çıxardı. Amma futbolçu iki dəfə hədəfə düşə bilmədi. Kantariyanın cəhdi də uğurlu olmadı. 40-cı dəqiqədə isə azarkeşlər “qol” deyib ayağa qalxdı. Belə ki, Coşqunun yerinə yetirdiyi künc zərbəsindən sonra Keyta topu tora göndərdi. Amma baş hakim epizodu VAR-da incələyəndən sonra "14” nömrənin əllə oynadığına işarə edərək qolu hesaba almadı.

45+3-cü dəqiqədə isə qonaqlar qaydalar çərçvəsində hesabı acdı. Fəridin kornerdən aması zamanı rəqibin cərimə meydançasında qarışıqlıq yarandı. Bu zaman Junior topa ayaq qoymaqla Xvalkonu “gördü” ki, ukraynalı da dəqiq zərbəylə toru silkələdi. Beləliklə, "Kəpəz" fasiləyə üstün yollandı.

İkinci hissəyə "Zirə"nin daha fəal başlayacağı gözlənilirdi. Odu ki, fasilədən sonra Rəşad Sadıqovun komandası topa nəzarət etməklə rəqibi qapısına sıxışdırdı. Bunun məntiqi nəticəsi kimi tezliklə tarazılıq bərpa olundu. 51-ci dəqiqədə Qismətin qapı önünə asmasına Qomes yüksəlsə də, top tirə dəyərək Keytanın önünə düşdü. "14” nömrə isə əlverişli mövqedə olan Qomesi “gördü” ki, "17” nömrə dəqiq zərbəylə hesabı bərabərləşdirdi.

Matçın geridə qalan dəqiqələrində mübarizə əsasən meydanın mərkəzində getdi. Ən real təhlükə isə uzatma dəqiqələrində qonaqların qapısı önündə yaşandı. Belə ki, Rəhim gözəl ara ötürməsiylə Eldarı qapıçı ilə üzbəüz qoydu. Mustapiç isə ukraynalının qarşısını kobudluqla aldı. Referi tərəddüd etmədən penalti təyin etdi. Lakin VAR otağından epizod zamanı oyundankənar vəziyyətin olmasıyla bağlı siqnal gəldi. Baş hakim monitora yaxınlaşıb epizodu incələyəndən sonra qərarını ləğv etdi. Bir qədər sonra isə Fərid Hacıyevin heç-heçəni rəsmləşdirən final fiti eşidildi. Beləliklə, "Zirə" Konfrans Liqasına vəsiqə uğrunda mübarizədə ağır zərbə aldı. "Kəpəz" isə səfərdən 1 xalla dönməklə bir qədər də rahat nəfəs aldı.

Gözdən qaçmadı
* İsinmə hərəkətləri zamanı "Kəpəz"in futbolçuları daha şən, xoş əhval-ruhiyyədə idi.
* Hakimin start fitindən öncə "Qarabağ-2"nin dünyasını dəyişən futbolçusu Şirxan Həsənzadə birdəqiqəlik sükutla yad olundu.
* 90-cı dəqiqədə Rəşad Sadıqov komandasının tibbi personalına kəskin irad bildirərək, onları meydana daxil olmağa qoymadı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

21-02-2023, 23:0

“Qarabağ”ın qol vurmayanda da qisməti olur... - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Zirə” tovuzlulara məğlubiyyəti Şamaxıda unutdurdu - REPORTAJ

Premyer-liqa / Reportaj

14-03-2023, 15:0

“Neftçi” “Şamaxı” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Reportaj

4-04-2023, 12:0

“Kəpəz”dən altı xal dəyərində qələbə - REPORTAJ

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
Daha çox
Oxunub: 153
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 88
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə