• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail” Tovuzda inanılmaz geridönüş etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

24-05-2023, 14:0

“Turan Tovuz” üçün bu oyunun heç bir önəmi olmasa da, qonaqlar üçün əhəmiyyəti böyük idi. Şahin Diniyevin çalışdırdığı kollektiv qərb zonasından 3 xalla dönəcəyi halda böyük ölçüdə premyer-liqada yerini qoruyacaqdı.

Ancaq oyun “dənizçilər” üçün heç də yaxşı başlamadı. Artıq 3-cü dəqiqədə Şəhriyar Əliyev Emil Balayevi topu tordan çıxarmağa məcbur etdi. Kapitan ardıcıl 3-cü korneri başla dəqiq tamamladı. Erkən qoldan sonra “dənizçilər” topa nəzarəti ələ keçirib, meydan sahiblərinin qapısına yaxınlaşmaq istəsələr də, heç nə alınmırdı. Bakılılar ən yaxşı halda cərimə meydançasının həndəvərinə yaxınlaşa bilirdi. Son ötürmə olmadığından meydan sahiblərinin müdafiəçiləri çətinlik çəkmədən hücumu zərərsizləşdirə bilirdi. Hesabda önə çıxan “boz qurd” bir qədər geri çəkilib oyunu əks-hücum üzərində qurmuşdu ki, bu da effekt verirdi. 20-ci dəqiqədə, növbəti hücumların birində “dənizçilər”i qoldan tir xilas etdi. İki dəqiqə sonra isə Ayxan qapıçının irəli çıxdığını görüb təxminən 25 metrdən iti bucaq altında topu boş qapıya göndərsə də, zərbəsi qeyri-dəqiq alındı.

Birinci hissənin qalan bölümü qarşılıqlı hücumlar şəraitində keçdi. Amma “Turan Tovuz”un həmlələri daha yaddaqalan olurdu. Komandanın ən məhsuldar oyunçusu Runi bu oyunda hücumçunun arxasında yer alsa da, standart vəziyyətlərdə təhlükəli olur, uzaqdan zərbələrlə Emilə çətin anlar yaşadırdı. Qonaqların heyətində isə Ağabala fəal idi. Ancaq onun təkbaşına cəhdləri komandasının qol vurması üçün yetərli olmurdu.

Birinci hissənin ilk dəqiqələrində olduğu kimi, ikinci yarının əvvəli də qonaqlar üçün düşərli olmadı. 49-cu dəqiqədə ilk qolun məhsuldar ötürməsini verən Ayxan qapıçı ilə üzbəüz qaldı və fürsətdən maksimum yararlandı. Artıq “dənizçilər” üçün itiriləsi heç nə qalmamışdı. Onlar matçı xilas etmək üçün böyük qüvvə ilə irəli atılmalıdıydı ki, məhz belə də oldu. Lakin tələskənlik, ötürmələrdə çoxsaylı səhvlər Diniyevin komandasına istədiyini reallaşdırmağa mane olurdu. Buna baxmayaraq, qonaqlar 73-cü dəqiqədə hesab arasındakı fərqi azalda bildi. Mazurek komandasını ümidləndirən qolun müəllifi oldu. Bakılılar bundan sonra təzyiqi bir qədər artırdı. Və bunun nəticəsi kimi əsas vaxta əlavə olunan 3-cü dəqiqədə hesab bərabərləşdi. Sonradan meydana çıxan Zakpa adını tabloya yazdırdı. Bəlkə də portuqaliyalının məhz bu qolu “dənizçilər”i elitada saxlayacaq…

Gözdən qaçmadı
* Hakimin start fitindən öncə stadionun diktorunun xəbərdarlığına baxmayaraq, yerli azarkeşlər tribunada pirotexniki vasitələr yandırdı.
* “Səbail”in fanatları oyuna gecikmişdi.“Dənizçilər”i dəstəkləyən, klubun bayrağı ilə “silahlanan” təxminən 20-25 azarkeş 20-ci dəqiqədə tribunada yerini tutdu. Onların sırasında zərif cinsin bir neçə nümayəndəsi də var idi.
* 25-ci dəqiqədə “Səbail” qol vursa da, baş hakim VAR-dan gələn siqnalı gözləməyi lazım bildi. Həmin an yerli azarkeşlər birağızdan “hakim, VAR-a bax” qışqırmağa başladı ki, Rəvan Həmzəzadə onların sözünə gülərək qarşılıq verdi. Ədalət təmsilçisi qolun ofsayddan vurulduğunu bildirincə, bir neçə saniyə əvvəl “VAR-a bax” qışqıranlar bu dəfə hakimin ünvanına alqış yağdırdı.
* 69-cu dəqiqədə əvəzetmədən oyuna qoşulan "Turan Tovuz”un legioneri Divine Naah 22 dəqiqə sonra zədələnərək xərəkdə meydanı tərk etdi. Çiynindən zədələnən qanalı futbolçunu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya apardılar.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

9-05-2023, 14:0

Şahin Diniyevin planı Sumqayıtda işə yaradı - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 20:0

“Səbail”in oyanışı fayda vermədi - REPORTAJ

Premyer-liqa / Reportaj

25-02-2023, 21:0

Komandalar ikisi də qələbəyə layiq idi, ancaq heç-heçə oldu - REPORTAJ

Premyer-liqa / Manşet

7-11-2022, 16:0

Samir Abasov siftə etdi, Ayxan Abbasov azarkeşlərə mesaj göndərdi - TURUN ŞƏRHİ

Ölkə kuboku / Reportaj

27-04-2023, 13:0

"Neftçi" 11-ci dəfə finala adladı! - REPORTAJ

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə