• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Komandalar ikisi də qələbəyə layiq idi, ancaq heç-heçə oldu - REPORTAJ

Premyer-liqa / Reportaj

25-02-2023, 21:0

Hər iki komandaya xal hava-su qədər lazım idi.

Meydan sahibləri qələbə qazanmaq, heç olmasa, uduzmamaq üçün mübarizə aparacaqdı. Çünki “Səbail” turnir cədvəlinin zirzəmisindədi, bu matçda da məğlub olsaydı, işi bir qədər də çətinə düşəcəkdi. "Qəbələ" isə ötən tur "Sumqayıt"ı məğlub etmiş, "Zirə"nin də "Qarabağ"a uduzması sayəsində 4-cü yerə yaxınlaşmışdı.

Qonaqlar oyuna daha fəal başladı. Artıq 30-cu saniyədə Felipenin cinahdan asmasını qəbul edən Maçado aşırma zərbə vursa da, top hədəfə düşmədi. "Qırmızı-qaralar"ın heyətində hücumların təşkilində Asif Məmmədov, Felipe Santos, Ramon Maçado və Emil Səfərov fəallığı ilə seçilirdi. Utziq isə həm mərkəzdə rəqibin hücumların qarşısının alınması, həm də komandasının irəlidə çoxalması yolunda dəridən-qabıqdan çıxırdı. İlk 15 dəqiqə qonaqların üstünlüyü şəraitində keçsə də, ardından “dənizçilər” top saxlamağa çalışdılar.

Bunun nəticəsiydi ki, Lyuyiç reyd etdikdən sonra Səlahət Ağayevə təhlükə yaşatdı. Lakin top qapıdan yan keçdi. Bölgə təmsilçisi buna mövqe hücumuyla cavab verdi. Topu qəbul edən Qırtımov cinahla irəlilədikdən sonra qapı önündə müdafiəçilərin gözündən yayınan Maçadoya ötürmə verdi. Braziliyalının Balayevlə dueli zamanı De Fransa da topa toxunmaqla hesabın açılmasına səbəbkar oldu. Qoldan sonra ruhlanan qonaqlar hücumlarını davam etdirdi. Səfərovun zərbəsi qapının üstündən keçdi. Tədricən toparlanan "dənizçilər" təşəbüsü ələ almağa çalışdılar. Stasyukun zərbəsini qapıçı çətinliklə dəf etdi. İlk yarıda "Səbail"in heyətində İlkin Qırtımov zəif oyunla yadda qaldı.
“Dənizçilər”in 2-ci hissəyə fəal başlaması gözlənilən idi. Təsadüfi deyil ki, hissənin əvvəlində hesab bərabərləşdi. Düzdü, bərabərlik qolunda Mirabdullanın zərbəsiylə yanaşı, yaxın küncdən qol buraxan Səlahətin səhvini də qeyd etmək lazımdı.

Cəmi 4 dəqiqə sonra “Qəbələ” daha çətin duruma düşdü. Cərimə meydançasının həndəvərində Stasyukdan ötürmə alan Lyuyiç bir qədər sola meyillənəndən sonra “9-luğ”a gözlənilməz və dəqiq zərbə vurdu. Bir neçə saat əvvəl başa çatan oyunda “Zirə”nin qələbə qazanmasından xəbərdar olan “Qəbələ”nin, heç olmasa, 1 xalı xilas etmək üçün irəli atılmaqdan başqa çarəsi yox idi. 70-ci dəqiqədə Felipe Santosun növbəti cinah reydindən sonra nəzarətsiz qalan Maçado hesabı bərabərləşdirdi. Sonda hər iki tərəfin fərqlənmək şansı olsa da, bu maraqlı oyunda 2:2 hesabı dəyişmədi. Beləliklə, “Zirə” ilə “Qəbələ” arasındakı xal fərqi yenidən 3-ə çatdı.

Gözdən qaçmadı

* Hakimin start fitiniə bir neçə dəqiqə qalmış Mazurek zədələndiyindən onu Mirabdulla Abbasovla əvəz etmək lazım gəldi.
* 20-ci dəqiqədə "qırmızı-qaralar" hesabı açandan sonra stadionun diktoru qolu Maçadonun vurduğunu elan etdi. Elə komanda yoldaşları da braziliyalını qucaqlayıb təbrik etdilər. Lakin protokolda qol De Fransanın ayağına yazılıb, yəni avtoqoldu.
* Oyundan sonra "Səbail" azarkeşləri Emil Balayevi səsləməklə onun çıxışından razı qaldıqlarını bildirdilər. Qolkiper də tribunadakı seyrçilərə yaxınlaşıb, minnətdarlıq etdi.

ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

14-01-2023, 20:0

"Qəbələ"dən əzmkar qələbə

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 23:0

“Qarabağ”ın qol vurmayanda da qisməti olur... - REPORTAJ

Premyer-liqa / Manşet

24-02-2023, 20:0

"Zirə"dən səfər qələbəsi, Bayılda bərabərlik - YENİLƏNİB

Premyer-liqa / Manşet

21-08-2022, 22:0

"Qəbələ"dən qələbə, "Dalğa Arena"da hesab açılmadı - YENİLƏNİB

Aktual
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
Son xəbərlər
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə