Domeniko Krişitonun MLS macərası 5 ay çəkib. O, “Toronto”nu tərk edib.
İtaliya millisinin sabiq müdafiəçisi Kanada klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozub. 35 yaşlı futbolçu MLS-də iştirak etdiyi 15 oyunda bir qol vurub. Krişitonun karyerasını başa vurması haqda xəbər yayılsa da, səbəbkar hələ qəti qərara gəlmədiyini bildirib.
2009-18-ci illərdə İtaliya yığmasında 26 oyun keçirən futbolçu “Cenoa”, “Yuventus” və “Zenit” klublarının formasını da geyib.