Domeniko Krişito “Cenoa” azarkeşlərini sevindirib.
Təcrübəli futbolçu bu ay klubu tərk etməli idi. Amma komandasını dar ayaqda atıb getməmək qərarına gəlib. Xatırladaq ki, o, yanvarda “Toronto” ilə anlaşmışdı. Müqavilənin şərtinə əsasən Kanada klubuna mart ayında qoşulmalı idi. Lakin 35 yaşlı Domeniko A seriyasında qalmaq üçün çarpışan “Cenoa”ya mövsümün sonuna qədər kömək etməyi özü üçün borc bilib.
Krişito peşəkar futbolda ilk addımlarını məhz bu komandada atıb. Genuya klubunda daha əvvəl 2003-04 və 2006-11-ci illərdə çıxış edən müdafiəçi doğma komandasına sonuncu dəfə 2018-ci ildə qoşulub.