Krişito meydana qayıtdı

30.12.2022 12:13 242
Dünya futbolu
Domeniko Krişito fikrini dəyişib.

Football-plus.az xəbər verir ki, İtaliya millisinin sabiq oyunçusu karyerasını bərpa edib.

Krişito bu ilin noyabrında “Toronto”dan ayrılmış və karyerasını başa vurduğunu açıqlamışdı. O, növbəti dəfə “Cenoa”ya qayıdıb. Bu barədə İtaliya klubunun saytı xəbər yayıb.

35 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Krişito 5-ci dəfə sabiq klubuna qayıdıb. O, daha əvvəl “Cenoa”da 2003-04, 2006-07, 2008-11 və 2018-21-ci illərdə də oynayıb. Komanda hazırda B seriyasında çıxış edir.