''Qalatasaray''ın tarixinin 23-cü çempionluğunu qazanmasına cəmi 1 qələbə qalıb.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin bu mövsümkü uğurlu performansının baş qəhrəmanlarından biri sözsüz ki, Mauro İkardidi. Özü də argentinalı forvard ''Cim-Bom''da icarə əsasında oynayır.
"Qalatasaray'' son illərdə icarə əsasında heyətinə qatdığı futbolçulardan o qədər də çox fayda götürə bilmirdi. Amma müqavilə ilə PSJ-yə məxsus olan İkardi mükəmməl performans sərgiləyir. Xüsusilə son aylarda əla məhsuldarlıq sərgiləyən və kritik qollar vuran 30 yaşlı futbolçu Türkiyə çempionatında 22 oyuna artıq 19 dəfə fərqlənib. Bu, Avropanın ən güclü 15 çempionatında icarə əsasında top qovan futbolçular arasında ən yaxşı 2-ci göstəricidi!
Bu siyahıda birinci pillədə ''Reyms''li Folarin Baloqun qərarlaşıb. ''Arsenal''ın yetirməsi olan və müqavilə ilə bu kluba məxsus olan 21 yaşlı amerikaəsilli ingiltərəli forvard Liqa-1-də 20 qol vurub. 3-cü pillədə müqavilə ilə ''Gent''ə məxsus olan və ''Sent Trüden''in heyətində 18 qol vuran Canni Bruno qərarlaşıb. Siyahıda Türkiyədən daha bir oyunçu var. Söhbət müqavilə ilə ''Eyupspor''a məxsus olan və icarə əsasında top qovduğu ''Ümraniyəspor''un heyətində superliqada 17 qol vuran Umut Nayırdan gedir.
ƏLİ