"Football-plus.az" xəbər verir ki, loqoda dünya çempionatının kuboku müxtəlif rənglərdə 26 rəqəminin dəfələrlə təkrarlanması ilə formalaşmış naxış fonunda əks olunub. FİFA dünya çempionatının oyunlarına evsahibliyi edəcək ABŞ, Kanada və Meksikanın 16 şəhərinin hər birinin loqosunun tezliklə ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb. Qeyd edək ki, DÇ-2026 tarixdə 48 komandanın iştirak etəcəyi ilk mundial olacaq.
FİFA-nın prezidenti Canni İnfantino növbəti dünya çempionatının rəsmi şüarını da açıqlayıb. Şüarın “Biz 26-yıq” adını alıb:
“Biz 26-yıq. Bu, döyüş hayqırtısıdı. Üç ölkə və bütün qitələr bəyan edir ki, “biz birlikdə bütün dünyanı yarışa dəvət edirik. Tarixin ən böyük, ən yaxşı və ən əhatəli Dünya Kubokunu keçirməyə hazırıq”. DÇ-2026 ev sahibi olan hər bir ölkəyə və hər bir iştirakçıya dünya çempionatlarının tarixinə öz səhifəsini yazmağa imkan verəcək. Bu unikal brend 2026-cı ilə doğru böyük addımdı”.




