Voytsex Şçensnı dünya çempionatı ərəfəsində karyerası ilə bağlı qərar verib.
"Football-plus.az" xəbər verir ki, “Yuventus”un qapıçısı Polşa yığması vəsiqə qazanacağı halda belə 2026-cı ilə təyin olunan dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb: “2026-cı ildəki mundial? Həmin il indiki səviyyədə oynayacağımı təsəvvür edə bilmirəm. Bu isə o deməkdi ki, 4 ildən sonra ümumiyyətlə futbol oynamayacağam”.