Son günlər Lionel Messinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bunu “Mundo Deportivo” qəzeti vurğulayır.
"Football-plus.az" xəbər verir ki, İspaniya nəşri PSJ-nin hücumçusunun “Əl-Hilal”ın fantastik təklifini (ilə 400 milyon dollar maaş) qəbul etməsi ilə bağlı yayılan məlumatların həqiqətəuyğun olmadığını yazıb. Argentinalı futbolçu gələcəyi ilə bağlı qərarını yayda, müqaviləsinin müddəti bitəndən sonra verəcək. Onun karyerasını davam etdirməsi üçün “Əl-Hilal”dan başqa “Barselona” və “İnter Mayami”yə yollanması, həmçinin PSJ ilə müqavilənin yenilənməsi kimi mümkün variantlar da var.
Xatırladaq ki, Messi PSJ-də 2021-ci ilin yayından oynayır.