Misli premyer-liqasında 35-ci tura yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, "Turan Tovuz" "Səbail"i qəbul edib - 2:2. Oyundan sonra qonaqların çalışdırıcısı Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Azarkeşlərimiz qarşısında evdə son oyunumuz idi. Həmişə onların dəstəyini görmüşük. Qələbə qazanıb onlara hədiyə etmək istəyirdik. Amma alınmadı. Əsas odu ki, məğlubiyətsizlik seriyamızı davam etdirdik. Oyun istədiyimiz kimi alındı. Qollarımızı vurduq, imkanlarımız oldu. Biraz yorğunluq var idi. Kamal Bayramov zədəli halda oynadı. Yenə də oyun baxımından artırmaq istəyirik. Bu il əsas məqsədimiz premyer-liqada qalmaq idi. Sevindirici haldı ki, ilk turlardan 6-cı pillədən aşağı enmədik. Oyunlar var idi ki, yuxarı pillələrə qalxa bilərdik. Lakin təcrübəsizlik bizə imkan vermədi. Bu da bizim üçün bir təcrübə oldu. Bu mövsüm ilk idi. İnanıram ki, ilk mövsüm bizim üçün pis keçmədi. Gələcək daha çətin olacaq, rəqiblər güclənəcək. Gərək biz də güclənək. Son oyunumuz qalıb. Onu da başa vurub, istirahətə yollanacağıq. Ondan sonra yeni mövsümün planları üzərində işləyəcəyik”.