Misli premyer-liqasında 35-ci tura yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, "Sabah" "Zirə"ni qəbul edib - 1:1. Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Murad Musayevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
"Hücumların və emosiyaların bol olduğu matçın şahidi olduq. İkili mübarizələr çox idi. Heyətlə bağlı itkilərimiz var idi. Buna baxmayaraq, peşəkarlığımızı göstərdik və sona qədər oynadıq".
- "Krasnodar"la avrokubok təcrübəniz var. "Sabah" bu heyətlə turnirdə hansı hədəflər üçün çalışacaq?
- Mövsüm hələ bitməyib. Transferlər etməliyik. Həmçinin, püşkdən də çox şey asılıdı. Hələ nəsə söz verə bilmərəm. Onu deyə bilərəm ki, yaxşı hazırlaşacağıq.
- Kaşukla razılaşdığınız deyilir...
- Hələ razılıq əldə edilməyib.
- Şapi Süleymanovun adı da hallanır...
- Belə bir məsələ yoxdu.
- Heyətin neçə faiz əlavəyə ehtiyacı var?
- Faizlə deyə bilmərəm. Güclənməliyik. Əsas olan futbolçuların bura gəlib-gəlməməyidi.