"Komandanı daha da inkişaf etdirməyi düşünürəm" - Murad Musayev

9.10.2022 22:08 378
Premyer-liqa
Misli premyer-liqasında 9-cu tura yekun vurulub.

Son matçda "Sabah" "Kəpəz"i darmadağın edib - 5:0. Oyundan sonra paytaxt klubunun çalışdırıcısı Murad Musayevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Çox parlaq oyun gördük. İki komanda hücumlarla yadda qaldı. Belə qələbə üçün şadam. Rəqibi də təbrik edirəm. Cürətli oynadılar. Oyunu ləngitmədilər. Belə davam etsələr, daha da inkişaf edəcəklər".

- İlk dövrə başa çatdı. Komandanıza 5 ballıq şkala ilə neçə verərdiz?
- Xallara baxsaq, 5 deyərdim. Lakin oyun planında bəzi şeyləri düzəltməliyik.

- Ötən həftənin əvvəlində Canni de Byazinin AFFA ilə müqaviləsi başa çatmışdı. Bu vaxtda adınız yığmaya namizədlər arasında hallanırdı. Həmin ərəfədə sizə bir təklif oldumu? Olsaydı, düşünərdiz?
- De Byazinin müqaviləsi yeniləndi. İndi bu haqda nəsə demək düzgün olmaz. Mənin diqqətim "Sabah"dadı. Komandanı daha da inkişaf etdirməyi düşünürəm.