Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi başladı

6.05.2023 11:50 286
İdman
Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları üz-üzə gəliblər.

Rəqibini 86:71 hesabı ilə üstələyən "Sabah" seriyada önə keçib - 1:0. İkinci görüş mayın 9-da olacaq.

Qeyd edək ki, pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu NTD və "Gəncə" komandaları arasında keçiriləcək.

"Sərhədçi" İdman Mərkəzindəki qarşılaşma bu gün saat 19.30-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul