Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir

20.05.2023 10:52 353
İdman
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.

"Football-plus.az" xəbər verir ki, həlledici oyunda "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək ilk final matçı saat 19:30-da başlayacaq.

Seriyanın növbəti görüşləri mayın 22-si, və 24-də gerçəkləşəcək. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Qeyd edək ki, çempionatın bürünc medallarına "AAAF Xırdalan"ı məğlub edən NTD komandası sahib çıxıb.