“Neftçi” təklifləri dəyərləndirir - AÇIQLAMA

19.05.2023 12:23 354
Aktual / Ölkə futbolu
Futbol ictimaiyyətində “Neftçi”nin nəticələri birmənalı qarşılanmır. Buna baxmayaraq, “ağ-qaralar” Misli premyer-liqasında bürünc medalları təmin edərək Konfrans Liqasına qatılacaq.

“Football-plus.az” xəbər verir ki, flaqman bu turnirə xüsusi yanaşır. Laurentsiu Regekampfın komandası yayda yüksək səviyyədə təlim-məşq toplanışı keçirmək istəyir. Bunun üçün “ağ-qaralar”a fərqli ölkələr təklif olunub. Məsələ ilə bağlı ətraflı informasiya əldə etmək üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə müraciət etdik. “Ağ-qaralar”ın rəsmisi sualımızı belə cavabladı:

“Hazırda təklifləri dəyərləndiririk. Həm Türkiyə, həm Sloveniya, həm də Avstriya və digər ölkələri nəzərdən keçiririk. İndiki məqamda harda təlim-məşq toplanışı keçirəcəyimiz dəqiq deyil. Çünki təkliflərə və büdcəyə baxılacaq. Buna uyğun da qərar qəbul olunacaq. İnformasiya dəqiqləşəndə ictimaiyyətə açıqlanacaq”.


İLKİN SULTANLI