• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kamran İsmayılov: “Sübut etdik ki, yerli futbolçularla premyer-liqada mübarizə aparmaq mümkünsüz deyil” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet / Müsahibə

19-05-2023, 20:0

Misli premyer-liqasında sonuncu olmamaq uğrunda rəqabət zirvə həddinə çatıb.

Hazırda turnir cədvəlinin “zirzəmi”sində “Şamaxı” qərarlaşıb. Klubdaxili ab-havanın necə olduğunu öyrənmək üçün idman direktoru Kamran İsmayılovla əlaqə saxladıq. “Şirlər”in rəsmisi ilə premyer-liqadakı taleləri, gələcək planları, sponsor məsələsi ilə bağlı söhbətləşdik...

- Misli premyer-liqasının sonuna iki tur qalıb. Turnir cədvəlinin sonuncu pilləsində “Şamaxı” yer alıb. Komandanın motivasiyası necədi? Premyer-liqanı tərk etməklə bağlı qorxu keçirmirsiz?
- Vəziyyəti özünüz izah etdiz. 34 tur arxada qaldı. Cəmi 2 oyunumuz var. Hazırda sonuncu pillədə qərarlaşmışıq. Motivasiyamız yüksək səviyyədədi. Hamımız premyer-liqada qalmaq istəyirik. “Səbail”dən cəmi 1 xal geri qalırıq. Bu özü böyük motivasiyadı. Bu istək komandanı növbəti oyunlara kökləyir. Kollektivdə ruh düşkünlüyü yoxdu. Belə düşüncələri yaxın buraxmırıq. Hamımız bunun üçün çalışırıq. Komanda premyer-liqada qalacağına inanır. Əminik ki, mövsümü ən pis halda 9-cu yerdə başa vuracağıq.

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsız. Premyer-liqada sonuncu oyununuz isə “Səbail”ə qarşı olacaq. Elitanı tərk edəcək klubun adı, belə görünür ki, son turda bəlli olacaq...

- Növbəti turda premyer-liqada yerimizi təmin etməyimiz mümkün deyil. Amma hədəfimiz son iki görüşdə maksimum xal toplamaqdı. Təbii ki, son turdakı oyunda işimizi çətinə salmaq istəmirik. Hər iki qarşılaşmaya qələbə qazanmaq üçün çıxacağıq.

- AFFA Lisenziya Komissiyası 1-ci divizionda çıxış edən iki kluba premyer-liqada oynamaq üçün lisenziya verdi. Bu, sizdə növbəti mövsüm çempionatda 12 komandanın iştirak edəcəyi ilə bağlı fikir formalaşdırmır?
- Mən də Azərbaycanda yaşayıram, heç şübhəsiz, yazılanları, deyilənləri görürəm. Mətbuatda bununla bağlı yazılar dərc olunur. Amma mənim xasiyyətim fərqlidi. Hansısa söhbətləri, fərziyyələri şərh etməyi xoşlamıram. Premyer-liqanın əsasnaməsində yazılıb ki, növbəti mövsüm çempionatda 10 komanda mübarizə aparacaq. Cari “futbol ili”ndə sonuncu yerin sahibi premyer-liqanı tərk edəcək. 1-ci divizionun qalibi isə elitaya vəsiqə qazanacaq. Prinsip hələ ki budu. Bu məsələ ilə bağlı hansısa qərar verilməyib ki, mən də bununla bağlı fikir səsləndirim. Bütün fikrimizi çempionat oyunlarına fokuslamışıq. İstəyimiz odu ki, mövsümü ən azı 9-cu pillədə bitirək.

- Mediada tez-tez haqqınızda xəbərlər yazılır. Deyilənə görə, “Azərsell” klubun sponsoru olacaq. Bu xəbər nə dərəcədə doğrudu?
- Mən klubun İdarə Heyətinin rəhbəri deyiləm. Yəni məndən yuxarıda qərar qəbul edən şəxslər var. Bizdə daxili struktur fərqlidi. Ola bilər ki, bəzi xəbərlərdən mənim də məlumatım olmasın. Bildiyim qədər belə bir xəbər yoxdu. Amma yenə deyirəm, bu elə informasiyadı ki, mənim də xəbərim olmaya bilər. Klub rəhbəri hər şeyi mənə açıqlamağa borclu deyil (gülür). Ola bilər ki, vaxtı gələndə hamıya açıqlasınlar. Mümkündü ki, bütün bunlar, sadəcə, şayiə olsun. Sırf mənim bu məsələ ilə bağlı hansısa informasiyam yoxdu.

- Mediada yazılanlara inansaq, “Şamaxı” şəhərdə özü üçün yeni stadion tikəcək. Bu haqda informasiyanız var?
- Stadion yox, amma baza tikməklə bağlı planımız var. Bu, klubun uzunmüddətli strategiyasında əks olunub. Sözsüz, düşündüyümüz fərqli layihələr var. Bu planlara bazanın tikintisi də daxildi. Amma nə vaxtsa yeni stadion haqda da danışa bilərik. Lakin indi bununla bağlı düşünmürük. Şükür Allaha, yeni stadionumuz var. Bildiyim qədər Azərbaycandakı ən yeni arenadı. Tutumuna baxanda Şamaxı rayonu üçün 2200 yer yaxşıdı. Hələ ki azarkeşlərimiz bununla bağlı problem yaşamır. Gələcəkdə hər şey ola bilər. Lakin bu gün belə fikir yoxdu. Bəli, stadionla bağlı dəyişikliklər etməyi düşünürük. Maddi imkanımız yaxşı olsa, bəzi dəyişikliklər edərik. Bunlar işıqlandırma sistemi və ot örtüyü ilə bağlıdı. Bunlarla bağlı dəyişiklik etmək istəyimiz var. Amma yeni stadion tikdirmək yaxın zamanda mümkün deyil. Komanda üçün yeni baza tikmək planımız isə var. Bu artıq ideya yox, reallığa doğru gedən prosesdi.

- Bazanın tərkibinə nələr daxil olacaq?
- Hazırda “Şamaxı” məskunlaşmaq baxımından premyer-liqa klublarından heç də geri qalmır. Şəraitimiz yaxşıdı. Amma peşəkar futbol bazası tam başqadı. Fikrimiz var ki, Şamaxıda bir neçə meydanı, məskunlaşmaq yeri olan baza tikək. Orda hovuz, sauna, fitnes mərkəzi olacaq. Amma bu baza şəhərin mərkəzində olmayacaq. Çünki belə yer üçün geniş ərazi lazımdı. Şamaxı stadionu mərkəzdə yerləşir. Şəhərdə, demək olar ki, belə yer yoxdu. Rayonun kəndlərindən birində və stadiona yaxın ərazidə tikilməsi planlaşdırırlır. Ümumiyyətlə, Şamaxıda uzaq məsafə anlayışı yoxdu. Bu ən çox da Bakıda yaşayanlara sərf edir. Çünki bura, ümumiyyətlə, paytaxta çox yaxındı.

- “Şamaxı”nın premyer-liqadakı çıxışını çoxları bəyənir. Hətta bəziləri düşünür ki, komandanın heyətində legionerlər olsaydı, indi sonuncu pillədə qərarlaşmazdı. Bilirik ki, bu sizin strategiyanızdı. Klub rəhbərlərindən biri kimi siz də bu haqda düşünürsüz? Yəni həqiqətən “Şamaxı”nın heyətində legionerlər yer alsaydı, indi sonuncu olmazdız?
- Bunu ancaq fərziyyə üzərindən cavablaya bilərik. Belə olsaydı, belə olardı anlayışı yoxdu. Reallıqda nə baş verəcəyini təkcə Allah bilir. Biz indiki halda da isbat etdik ki, hazırkı strategiya ilə oynamaq mümkünsüz deyil. Düzdü, çox çətindi. Amma biz bunu bacardıq. Nəyə görə belə deyirəm? Çünki premyer-liqanın sonuna iki tur qalıb. Amma biz hələ də sonuncunun kim olacağını müzakirə edirik. Düzdü, hazırda 10-cu pillədə qərarlaşmışıq. Amma 9-cu olan komandadan 1, səkkizincidən 4 xal geri qalırıq. Mövsümün bitiminə 2 oyun qalıb. Hətta 8-ci də ola bilərik. Biz bunu yerlilərlə bacarmışıq. Bizdən öndə olan bütün komandaların heyətində legionerlər var. Razılaşaq ki, uzunmüddətli marafonda 1 və 4 xallıq fərq o qədər də çox deyil. Yəni alt və üst səviyyəli kollektivlər aşağı-yuxarı eyni gücdədi. Mən bunu nəticələrə əsasən deyirəm. Beləliklə, biz sübut etdik ki, legionersiz oynamaq mümkünsüz deyil. Bilmək olmaz, əcnəbilər olsaydı, harda qərarlaşacaqdıq. Ola bilərdi ki, sonuncu pillədə qərarlaşardıq, özü də 9-cu komandadan 15 xal geri qalardıq. Fakt indiki şəraitdə o qədər də geri qalmırıq. Bəli, çətindi. Hazırda Azərbaycan futbolunda yerli oyunçu qıtlığı var. Amma indikilərlə də oynamaq mümkünsüz deyil. Biz bunu isbat etdik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

4-05-2023, 19:0

“Şamaxı” layihəsi premyer-liqanın taleyinə təsir etdi – ÖZƏL

Dünya futbolu

30-04-2022, 20:0

Premyer-liqanı ilk bu klub tərk edəcək

Premyer-liqa / Manşet

11-10-2022, 21:0

Hüseyn Məhəmmədov: “Hələ bilmirik, mövsümün sonunda nə qərar veriləcək”

Premyer-liqa

12-04-2023, 15:0

Misli premyer-liqasında gənclərə ən çox şans verən klublar

Premyer-liqa / Manşet

13-05-2023, 13:0

Həm Diniyev, həm də Əsgərli qələbəyə köklənib - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

1-05-2023, 13:0

“Dənizçilər”in limana sağ çıxacağına ümid azdı - TƏHLİL

Aktual
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Son xəbərlər
  • Bu gün, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Bu gün, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Bu gün, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Bu gün, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Bu gün, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Bu gün, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 194
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə