• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Həm Diniyev, həm də Əsgərli qələbəyə köklənib - AÇIQLAMALAR

Premyer-liqa / Manşet

13-05-2023, 13:0

Misli premyer-liqasında 34-cü tur davam edir.

Son oyunlar turnir cədvəlinin “zirzəmi”sindəki klublar üçün xüsusilə önəmlidi. “Sumqayıt” 32-ci turda “Kəpəz”i məğlub edərək turnir cədvəlinin 8-ci pilləsinə yerləşdi. Samir Abasovun komandası qismən rahatlaşsa da, “Səbail”lə “Şamaxı”nın durumu ürəkaçan deyil. 34-cü turun “dənizçilər”ə düşərli olub-olmayacağı saatlar sonra “Qarabağ”la matçda bəlli olacaq. Şamaxılılar isə sabah “Neftçi” ilə qarşılaşacaq. Hər iki klubun iddialı rəqiblərlə üz-üzə gəlməsi gözlənilən 3 xal ehtimalını xeyli azaldır.

Görəsən, “Səbail”lə “Şamaxı” taleyüklü oyunlara necə hazırlaşır? Komandalarda durum necədi? Rəqiblərin ciddiliyinə əsasən matçları necə dəyərləndirirlər?

"Football-plus.az" olaraq hər iki klubun baş məşqçiləri ilə əlaqə saxlayaraq, suallarımıza cavab axtardıq.

Şahin Diniyev:

“Bizi gərgin oyun gözləyir. Rəqib nəinki Azərbaycanda, ölkə xaricində belə möhtəşəm uğurlara imza atmış “Qarabağ”dı. Matçın baxımlı və maraqlı keçəcəyinə şübhə yoxdu. Ehtimallardan biri də qarşılaşmanın “Qarabağ” üçün əlamətdar ola biləcəyidi. Çünki məğlub olsaq, “köhlən atlar” mövsümün bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirəcək. Digər ehtimal “Səbail”in qələbəsidi ki, bunu çox istəyirik. Cari “futbol ili” bizim üçün çətin keçdi. Artıq hər oyuna son şans kimi baxırıq. Komanda hər dəfə bunu nəzərə alaraq meydana çıxır. Turnir cədvəlinin sonuncu pillələrində olmaq kollektivdə ümumi psixoloji ağırlıq yaradıb. Rahat oynaya bilmirik. Həmin hisslərin həyəcanı, hər matçın nəticəsinin vacibliyi heyətin rahatlaşmasına imkan vermir. Həqiqətən psixoloji təzyiq son həddə çatıb. “Qarabağ”la matça itki ilə çıxacağıq. Bildiyiniz kimi, Turan Manafov sarı vərəqə limitinı aşdığına görə cəzalıdı. Zədəli yoxdu. Qalan futbolçular meydanda olacaq. Düzdü, “Qarabağ” özünü sübut etmiş komandadı. Amma bu o demək deyil ki, “ağ bayraq qaldıracağıq”. Son ana qədər qələbə uğrunda mübarizə aparmaq lazımdı. Komanda psixoloji cəhətdən yaxşı əhval-ruhiyyədə olmasa da, ağdamlılarla üz-üzə gəlməyə hazırdı”.


Vüqar Əsgərli:

“Bizi çətin oyun gözlədiyinin fərqindəyik. “Neftçi” köklü, tarixi, futbol ənənələri olan klubdu. Üstəlik nəzərə almalıyıq ki, rəqib son 4 turda qələbə qazana bilməyib. Bu üzdən matça çox ciddi hazırlaşacaq. Bizim üçün səfər oyunudu. “Neftçi”nin ev oyunlarındakı performansını və yüksək səviyyəli azarkeş dəstəyini nəzərə almalıyıq. Turnir cədvəlinin son pilləsindən qurtulmaq üçün əsl futbol göstərmək lazımdı. Məşqlər planauyğun davam edir. Digər istiqamətlərdə də çalışırıq. Rəqibi düzgün təhlil edib meydanda lazım olanı etmək niyyətindəyik. 3 xal uğrunda sona qədər vuruşacağıq. Futbolçulardan Emil Qasımov zədələnmişdi. Sağalsa da, dinamik keçəcəyini gözlədiyim matça hazır olduğunu düşünmürəm. Başqa zədəli və ya cəzalı yoxdu”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-11-2022, 16:0

"Şamaxı" "Sumqayıt"ı 4 qolla məğlub etdi - YENİLƏNİB

Ölkə futbolu / Manşet

1-05-2023, 13:0

“Dənizçilər”in limana sağ çıxacağına ümid azdı - TƏHLİL

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Premyer-liqa

5-05-2023, 22:0

“Zirə” toparlanmalı və “Qəbələ”nin çöküşünə ümid etməlidi - TƏHLİL

Ölkə kuboku / Manşet

22-12-2022, 19:0

Şahin Diniyev: “Neftçi” və “Qəbələ” həm təcrübə, həm də potensial baxımından finala yaxın görünür”

Dünya futbolu

27-03-2023, 22:0

Üçüncü dövrədə zəiflər arasında ən güclü “Kəpəz”di! - TƏHLİL

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Bu gün, 17:27
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 17:19
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 157
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə