Devis: ardıcıl ikinci dəfə

19.05.2023 17:24 198
İdman
Şimali və Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) üzrə 2022-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Bu nominasiyada əvvəlki qalib statusunu qoruyub.

KONKAKAF-ın rəsmi saytının məlumatına görə, ötən ilin ən yaxşı oyunçusu üçün ayrılan mükafata Kanada millisinin 22 yaşlı müdafiəçisi Alfonso Devis layiq bilinib. Qeyd edək ki, o, 2021-ci ildə regionda bu adı qazanan ilk kanadalı kimi tarixə düşmüşdü. 2018-ci ildən “Bavariya”da oynayan Alfonso KONKAKAF-a daxil olan 41 milli federasiyanı təmsil edən məşqçilər, oyunçular və jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən sorğuda ardıcıl ikinci dəfə 1-ci yeri tutub. Qeyd edək ki, ondan əvvəl buna Kosta Rika yığmasının 36 yaşlı qapıçısı Keylor Navas nail olmuşdu.

Yeri gəlmişkən, Devis ölkəsində də ötən ilin ən yaxşı futbolçusu seçilmişdi. Əslən qanalı olsa da, 5 yaşından Kanadanın Edmonton şəhərində yaşayan futbolçu 2022-ci ildə ardıcıl 4-cü dəfə Almaniya çempionu olmuşdu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul