Milli Çexiya səfərində məğlub oldu - DÇ-2028

17.10.2026 00:17 27
İdman
Futzal millimiz bu gün DÇ-2028-in əsas mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə Çexiya ilə qarşılaşıb.

Fridek-Mistekdəki "Hala Polarka" İdman Arenasında keçirilən oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb. Millimizin yeganə qoluna 34-cü dəqiqədə Ülvi Əliyev imza atıb.

Komandamız Çexiya ilə növbəti oyununu noyabrın 5-də evdə keçirəcək. Millimizin yer aldığı 12-ci qrupda digər rəqibi Latviyadı.