Bəs “Qarabağ” azarkeşləri qarşıdakı oyuna necə hazırlaşır? Belə çıxır ki, stadionda ağ-qara rənglərə könül verənlər daha çox olacaq? Ağdam təmsilçisinin azarkeşləri bununla bağlı hansısa xüsusi hazırlıq görürlər?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “İmarət Tayfa” fanklubunun rəhbərlərindən Elnur Quliyevlə əlaqə saxlayıb:
“Əslində bunun olması yaxşıdı. Bu o deməkdi ki, “Qarabağ”ı yüksək qiymətləndirirlər, yuxarı səviyyədə rəqib kimi görürlər və buna görə də çox ciddi hazırlaşırlar. Bizim xüsusi bir hazırlığımız yoxdu, hansısa fərqli bir taktika qurmuruq. Adətən, belə olur ki, azarkeşlər “Neftçi” ilə oyunlara daha çox gəlirlər. Həm illərdən qalan güclü rəqabət var, həm də, ümumiyyətlə, bu oyunlar çox maraqlı keçir. Ümid edirəm ki, ədalətli, prinsipial və azarkeşlər üçün maraqlı oyun olar. Sönük qarşılaşma olmayacağına inanıram. Təbii ki, “Qarabağ”dan yalnız qələbə gözləyirik”.
İSRAYIL XEYRULLAYEV





