"Şamaxı" Misli premyer-liqasının 8-ci turunda doğma meydanda "Şəfa"nı məğlub edib - 3:2.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq:
- Çox maraqlı oyun oldu. Bu qələbəni Qaxdan gələrkən yol qəzasında həyatını itirən gənc futbolçumuz Seyidəli Babazadəyə həsr edirəm. Bizim akademiyanın futbolçusu idi. Allah rəhmət eləsin. Bütün azarkeşlərimizi təbrik edirəm, "Şəfa"ya uğurlar arzulayıram.
- "Şamaxı" 7 oyundu ki, uduzmur. Bu uğurlu seriyanın sirri nədi?
- Hər işdə xeyir var. Qismətimizdə bu seriya var idi. Uşaqlar meydanda əziyyət çəkirlər. Həmişə onlara deyirəm ki, Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək. Mehriban, döyüşkən kollektiv yaratmışıq.
"Qismətimizdə bu seriya var idi" - Azər Bağırov
Ölkə futbolu / Manşet





