"Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

16.10.2026 22:05 36
Ölkə futbolu / Manşet
"Araz-Naxçıvan" Misli premyer-liqasının 8-ci turunda "Sumqayıt"a uduzdu - 1:2.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Birinci hissədə pis oynamırdıq. Hesabda öndə idik, bunu davam etdirmək lazım idi. İnam yox idi, qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz.

- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Sizə nə dedi?
- Bu, komanda daxili məsələdi. Nəsə deyə bilmərəm.

- Fasilədən sonra nə baş verdi? İlk hissədə dominant oynayırdınız, sonra bunun davamını gətirə bilmədiniz...
- Futbolçular hesabı saxlamaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq.

- Bir aya yaxındı ki, baş məşqçi postundasınız. Bu kollektivin autsayder olması nə dərəcədə realdı? Komandanın potensialı var, yoxsa reallıq budu?
- Nəyimiz varsa, onunla da davam edəcəyik.

- Bu mövsüm qarşınıza avrokubok hədəfi qoyulub? Narahat deyilsiz ki, siz də əvvəlki həmkarlarınızın yaşadığı aqibəti yaşayarsınız?
- Məşqçi işi belədi, nə etmək olar? Qarşıda nə olacaq, bilmirəm.